Referendum keçiriləcək? - AÇIQLAMA


“Referendumun keçiriləcəyi, parlament üzvlərinin sayının artırılması ilə bağlı gedən müzakirələr barəsində nə eşitmişəm, nə də məlumatım var”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilin sonuna kimi referendumun keçiriləcəyi, deputat sayının artırılacağı ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Aydın Mirzəzadə: "Bəzi insanlar böyük işlərə qiymət vermirlər" Pravda.az

Deputat qeyd edib ki, Naxçıvanın status məsələsinə yenidən baxılacağı ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil: “Naxçıvan Muxtar Respublikasının status məsələsi artıq həll olunub. Naxçıvanın yeni Konstitusiyası qəbul edilib. Cənab Prezidentimizin orada səlahiyyətli nümayəndəsi təyin edilib. Bütün bu məsələlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir”.


MANŞET XƏBƏRLƏRİ