Azərbaycanda siqaret yenə bahalaşa bilər


Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı gözlənilir.

Bakıvaxtı.az-a daxil olan məlumata görə, yaxın günlərdə siqaretlərin pərakəndə satış qiymətlərində 20-30 qəpik civarında artım baş verə bilər.

Mənbənin sözlərinə görə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq bəzi məhəllə mağazaları, marketlər və köşklər siqaret məhsullarının yeni partiyalarını qəbul etməyə tələsmir.

Nəticədə bir sıra satış məntəqələrində müəyyən markalar üzrə çatışmazlıq müşahidə olunur.


MANŞET XƏBƏRLƏRİ