Özgür Özəl sürpriz bir addım atdı! O, partiya qurmadan seçkiyə qatılacaq


Partiya rəhbərliyinin ləğvi ilə bağlı qərardan sonra CHP-də siyasi qeyri-müəyyənlik davam edir. Bu fonda partiyanın mərkəzi rəhbərliyinə qarşı mübarizəsini davam etdirən Özgür Özəlin mümkün yol xəritəsi ilə bağlı yeni iddialar gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, məlumata görə, partiya daxilində mübarizəni sona qədər davam etdirmək niyyətində olan Özel növbədənkənar seçki ssenarisi halında yeni siyasi partiya yaratmaq və ya İYİ Parti ilə ortaq siyahı formulu üzərində işləmək variantlarını nəzərdən keçirir.

Haberler.com-un Ankara təmsilçisi Şerife Güzelin məlumatına görə, Özəl və komandası bir tərəfdən CHP daxilində siyasi mübarizəni davam etdirir, digər tərəfdən isə yeni partiyanın yaradılması istiqamətində hazırlıqlar aparır.

Bildirilir ki, əvvəllər parlament qrupunun formalaşdırılması seçkilərdə iştirak üçün kifayət hesab olunsa da, hazırda qanunvericiliyə əsasən partiyanın ölkə üzrə təşkilatlanma səviyyəsinin müəyyən həddi keçməsi tələb olunur. Bu səbəbdən seçkilərdə iştirak etmək istəyən yeni siyasi qurumun qısa müddətdə geniş təşkilati şəbəkə formalaşdırması vacib sayılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ