Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkianın görüşü zamanı arxa fonda asılan tablo sadəcə dekorativ bəzək deyil. Tanrı dağlarının ruhunu, Türk dünyasının qədim ənənələrini və müstəqillik mesajını əks etdirən bu əsər dərin simvolik mənalar ehtiva edir.
Turkustan.az GZT-yə istinadən görüş zamanı diqqət çəkən həmin tablodakı 4 əsas detalı təqdim edir:
1. Atların əvəzinə: Tibet öküzləri (yaklar)
Klassik Türk təsvirlərindən fərqli olaraq, bu tabloda döyüşçülərin at əvəzinə yaklara mindiyi görünür. Bunun səbəbi səhnənin "Dünyanın çatısı" olaraq bilinən, oksigenin az və şaxtanın -40°C-yə çatdığı Tanrı Dağları coğrafiyasında cəmləşməsidir. Atların dözə bilmədiyi bu sərt şəraitdə yalnız yaklar ayaqda qala bilir və qədim türklər bu heyvanların postundan soyuğa qarşı mübarizədə yararlanıblar.
2. Milli kimliyin simvolu: Ak kalpak (ağ keçə papaq)
Tabloda fiqurların başındakı ağ keçə papaqlar sadə baş geyimi deyil. Bu papaqlar qırğızların və həmin coğrafiyanın milli kimliyinin, öz köklərinə və adət-ənənələrinə bağlılığının ən güclü göstəricisidir.
3. Bozqırın qədim mirası: Berkutçular (qartal ovçuları)
Minillik köçəri mədəniyyətinin ayrılmaz hissəsi olan qartal ovçuluğu sadəcə bir ov və ya idman növü deyil. Bu, sərt qış şəraitində təbiətlə bütünləşməyi və həyatda qalmağı bacarmaq sənətidir.
4. Azadlıq ruhu: Nəhəng qızılı qartallar
Günəş vurduqda parıldayan lələkləri ilə səmanın hakimini simvolizə edən qartallar, həmçinin fiqurların havaya qaldırılmış qolları heç vaxt boyunduruq altına alınmayan azadlığı təmsil edir. Bu azadlıq və müstəqillik ruhunu Qazaxıstan Respublikasının dövlət bayrağında və Qırğızıstanın milli valyutasında da görmək mümkündür.
Liderlərin görüş zalında xüsusi olaraq yer alan bu sənət əsəri sadə bir interyer bəzəyi deyil; ortaq tarixi kökləri, mədəniyyəti və tam müstəqillik mesajını özündə birləşdirən mühüm vizual mesajdır./musavat.com