Nepalın Çin sərhədi yaxınlığında yerləşən Rasuva bölgəsi və ətraf ərazilərdə baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 1200-ü keçib.
Turkustan.az xəbər verir ki, minlərlə insanın hələ də itkin olduğu bildirilir.
Fəlakətin ardından itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Rəsmi məlumatlara görə, Nepal üzrə minlərlə insan itkin düşüb və xilasedicilər xüsusilə Rasuva bölgəsində ağır dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər.
Hava görüntülərində daşqınların ərazidə genişmiqyaslı dağıntılara səbəb olduğu, yolların, körpülərin və yaşayış məntəqələrinin ciddi zərər gördüyü görünür. Fəlakət nəticəsində çox sayda insan evsiz qalıb, xilasetmə və yardım işləri isə çətin şəraitdə aparılır.
Aytən Yaşar/ Turkustan.az