Xanım bloger hava limanında saxlanıldı


Sosial şəbəkələrdə "By Ella" ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.

Turkustan.az Unikal.az-a istinadla xəbər verir ki, Lalə İlham qızı Məmmədova məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə xanım blogeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


MANŞET XƏBƏRLƏRİ