“Ermənistan ordusunda qeyri-adi şəraitdə baş verən ölüm halları artıb”.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Ermənistan müdafiə naziri Suren Papikyanın dünənki paylaşımı yüksək rütbəli hərbçilərin sərhədyanı mövqelərə ezam olunması barədə daha əvvəl yaydıqları məlumatı təsdiqləyib. Ermənistan ordusunda döyüş şəraiti olmayan vəziyyətdə baş verən ölüm halları son dərəcə artıb. Bu orduda nizamsızlığın hökm sürməsi ilə əlaqəlidir.
Bəzi hallarda əsgərlər arasında mövqelərdə yatmaqla bağlı mübahisələr yaranır və bu qarşıdurmaların ölüm halları ilə nəticələnir. Bəzi əsgərlər intihara sürüklənir, digərləri isə öldürülür. Tezliklə kişilərlə yanaşı qadın yüksək rütbəli hərbçilər də nizamı bərpa etmək üçün sərhəddəki mövqelərə ezam ediləcəklər”, – qeyd edilib. /Globalinfo.az/