Rusiya TV-sində Azərbaycanla bağlı nələr dedilər? – Şok ifadələr


Xəbər verdiyimiz kimi, Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.

Turkustan.az son günlər Rusiya teleməkanında Azərbaycana qarşı törədilmiş təxribatların siyahısını təqdim edir:

7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi təklif edilib.

9 avqust tarixində “YouTube” platformasında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təxribatçı fikirlər yer alıb.

13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqımıza və ölkəmizin rəhbərliyinə qarşı ifadələr səsləndirilib.

16 avqust tarixində “Spas” telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqir məzmunlu materialın yayımlanıb.

Bunlarla yanaşı, Rusiya ümumilikdə teleməkanında Azərbaycan Respublikasına qarşı düşmən ritorika və dezinformasiya məzmunlu təxribatlar da diqqət çəkir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ