Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Başqırdıstan və Nijni Novqorod vilayətlərinə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə Telegram kanalları məlumata yayıb.
Başqırdıstan rəhbəri Radiy Xabirov Ufa şəhərindəki sənaye müəssisəsinə edilən hücumun dəf olunduğunu bildirib.
Məlumata görə, göndərilən altı drondan dördü vurularaq zərərsizləşdirilib.
Xabirovun sözlərinə görə, dronlardan biri sənaye zonasına düşüb və orada yanğın başlayıb. Digər bir dron isə Zaton mikrorayonundakı yaşayış binasına çırpılıb. Hücum nəticəsində yuxarı mərtəbələrdəki mənzillərin şüşələri zədələnib, bir nəfər xəsarət alıb.
"Astra" nəşrinin yazdığına görə, Ukrayna dronları Nijni Novqorod vilayətinə də hücum edib. Dzerjinsk şəhərində çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Vilayət hakimiyyəti hələlik bu hücumla bağlı rəsmi açıqlama verməyib.