Mingəçevir Dövlət Universiteti və “FLEX” MMC arasında kibertəhlükəsizlik və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq memorandumu imzalanıb


2026-cı il iyulun 6-da keçirilən V “Cyber Summer School 2026”nın (CSS-2026) açılış mərasimi çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə “FLEX” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və “FLEX” MMC-nin icraçı direktoru Fuad Bəkirov imzalayıblar.

Memorandumun əsas məqsədi universitetdə təhsil alan tələbələrin, eləcə də akademik və inzibati heyətin informasiya texnologiyaları, şəbəkə inzibatçılığı, kibertəhlükəsizlik, rəqəmsal infrastrukturun idarə edilməsi, təhlükəsizlik sistemləri və telekommunikasiya sahələrində bilik və praktik bacarıqlarının artırılmasıdır.

Əməkdaşlıq çərçivəsində tələbələr üçün təlim, ustad dərsi, seminar, vebinar, laboratoriya məşğələləri, case-study, simulyasiya və layihə əsaslı öyrənmə formatlarının təşkili, həmçinin təcrübə, mentorluq və karyera məsləhəti imkanlarının dəyərləndirilməsi nəzərdə tutulur.

Sənəd, eyni zamanda, kibertəhlükəsizlik, İT infrastruktur, ağıllı kampus, rəqəmsal savadlılıq, təhlükəsizlik sistemləri və innovativ tətbiqi layihələr üzrə birgə təşəbbüslərin həyata keçirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, memorandum 5 il müddətinə bağlanıb və tərəflər arasında İT, kibertəhlükəsizlik və rəqəmsal infrastruktur sahələrində uzunmüddətli strateji əməkdaşlığın inkişafına xidmət edir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ