Hakan Fidan ABŞ səfiri Tom Barakla görüşdü


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ-ın Türkiyədəki səfiri və Suriya ilə İraq üzrə xüsusi nümayəndəsi Tom Barakla görüşüb.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Ankarada baş tutub. Tərəflər arasında aparılan müzakirələrin məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməyib.

Bu görüş NATO Zirvə Toplantısı ərəfəsində keçirilib. Məlumata görə, sabah ABŞ Prezidenti Donald Tramp və digər NATO liderləri Ankarada bir araya gələcəklər.

Zirvədə üzv ölkələrin müdafiə xərclərinin artırılması, Rusiya–Ukrayna müharibəsi və NATO-nun müdafiə strategiyası ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ