Netanyahu Türkiyə ilə bağlı çağırış etdi


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ mətbuatına açıqlamasında Vaşinqtonu Türkiyəyə F-35 qırıcı təyyarələri və reaktiv mühərriklər verməməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Netanyahu bu fikirləri ABŞ-ın “Fox News” telekanalına müsahibəsində səsləndirib. O, Türkiyə–ABŞ münasibətlərindəki son inkişaflara toxunaraq, belə addımın Yaxın Şərqdə qüvvələr balansına təsir göstərə biləcəyini iddia edib.

İsrail Baş naziri Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın Qəzza ilə bağlı açıqlamalarına da münasibət bildirib.

Netanyahu bildirib ki, Türkiyəyə F-35 qırıcıları və reaktiv mühərriklərin verilməsi İsrailin regiondakı hava üstünlüyünə mənfi təsir göstərə bilər. Buna görə də ABŞ-ı bu məsələdə ehtiyatlı davranmağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ