Fransa uzun illər davam edən siyasi müqavimətdən sonra Türkiyəyə SAMP/T hava hücumundan müdafiə sisteminin satışı məsələsinə yenidən baxmağa hazırdır.
Turkustan.az xəbər verir ki, bu barədə Reuters beş mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Parisin mövqeyindəki dəyişiklik iyunun 25-də keçirilən sammit zamanı Emmanuel Makron ilə İtaliya baş naziri Corcia Meloni arasında aparılan danışıqlardan sonra baş verib.
Qeyd edəkk ki, NATO-da ikinci ən böyük orduya malik olan Türkiyənin əsas problemlərindən biri hava və raketdən müdafiə sistemlərinin kifayət qədər inkişaf etməməsidir. Ankara bu sahədə əsasən NATO-nun hava hücumundan müdafiə imkanlarına və müttəfiq qırıcılarına arxalanır. /modern.az/