Trampın qalacağı otelin qarşısında bu ölkənin bayrağı asıldı


ABŞ Prezidenti Donald Trampın Ankarada keçiriləcək 36-cı NATO Liderlər Zirvəsində iştirakı ərəfəsində qalacağı otelin ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Turkustan.az xəbər verir ki, sammit öncəsi liderlərin yerləşəcəyi ərazilərdə polis qüvvələri gücləndirilmiş mühafizə rejimi tətbiq edib. Trampın qalacağı otelin ətrafında da geniş təhlükəsizlik tədbirləri görülüb.

Təhlükəsizlik tədbirləri fonunda diqqət çəkən məqamlardan biri otelin qarşısındakı yaşayış binasının fasadından Fələstin bayrağının asılması olub. Bu görüntü ərazidə maraqla qarşılanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ