Tramp Ankaraya gedərkən iki variant təklif etdi və təhdid etdi


ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında diplomatik həllə üstünlük verdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Ankaraya yola düşməzdən əvvəl canlı yayımda çıxış edərək Tehranla mövcud problemlərin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, əsas prioritetinin İranla razılaşma əldə etmək olduğunu deyib.

Bununla yanaşı, ABŞ Prezidenti diplomatik yollar nəticə verməzsə, hərbi gücdən istifadə imkanının da gündəmdə olduğunu bildirib. O, çıxışında İranın infrastrukturuna dair sərt mesaj verərək, “Əks halda, bir saat ərzində bütün elektrik stansiyalarını məhv edə bilərik”, – deyə qeyd edib.

Digər tərəfdən, NATO Zirvəsi çərçivəsində iştirakçıların Ankarada Esenboğa, Ankara və Mürted hava limanlarından istifadə edəcəyi bildirilir. Trampın təyyarəsinin eniş edəcəyi Esenboğa hava limanında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ