Mark Rutte NATO Zirvəsi üçün Ankaradadır


NATO-nun Baş katibi Mark Rutte 7–8 iyul tarixlərində keçiriləcək NATO Liderlər Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gəlib.

Turkustan.az xəbər verir ki, Rutte səfərindən əvvəl Brüsseldəki NATO qərargahında jurnalistlərə açıqlama verərək, zirvə ilə əlaqədar paytaxta yola düşdüyünü bildirib. O, “Bu binadakı bir çox insan da Ankaraya gedir” ifadəsini işlədib.

NATO Zirvə Toplantısında alyansın təhlükəsizlik gündəliyi, üzv ölkələrin qarşılaşdığı əsas təhdidlər və digər aktual beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ