İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ABŞ Prezidenti Donald Trampın Baş nazir Corciya Meloni ilə bağlı son açıqlamalarının iki ölkə arasındakı münasibətlərə təsir etməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Tajani hökumətin bu cür bəyanatlara cavab verməmək qərarında olduğunu deyib.
Onun sözlərinə görə, transatlantik münasibətlər ayrı-ayrı açıqlamalardan daha önəmlidir və ABŞ İtaliyanın əsas strateji tərəfdaşı olaraq qalır.
İtaliyanın müdafiə naziri Quido Krosetto da oxşar mövqe sərgiləyib. O bildirib ki, siyasi liderlər dəyişsə də, müttəfiqlər arasındakı münasibətlər sabit qalmalıdır.
“Əsas məsələ ABŞ kimi mühüm müttəfiqlə münasibətləri qorumaqdır”, – deyə Krosetto vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az