Ruttenin Ankaradakı ilk açıqlaması: Dünən gecə dəhşətli bir hücum baş verdi


NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO Zirvə Toplantısında mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, o, çıxışına tədbirə ev sahibliyi etdiyinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür etməklə başlayıb.

Rutte bildirib ki, Türkiyə NATO üçün olduqca vacib ölkədir: “Türkiyə NATO üçün çox önəmlidir. Türkiyənin müdafiə sənayesi alyansı müdafiə üçün lazım olan resurslarla təmin edir”.

Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Rutte ev sahiblərinə təşəkkür edib: “Bu möhtəşəm salonda bizi qəbul etdiyi üçün Prezident Ərdoğana təşəkkür edirəm. İndiyədək hər şey mükəmməldir və qonaqpərvərlikdən çox təsirləndim”.

O, həmçinin Türkiyənin NATO-nun ən güclü hərbi güclərindən biri olduğunu vurğulayıb və zirvənin Ankarada keçirilməsinin əhəmiyyətini qeyd edib.

Ukrayna ilə bağlı vəziyyətə də toxunan Rutte Rusiyanın hücumlarının davam etdiyini bildirib və Ukraynanın xüsusilə hava hücumundan müdafiə sahəsində təcili dəstəyə ehtiyacı olduğunu deyib. O, “Rusiya bu müharibədə qalib gələ bilməz” ifadəsini işlədib.

Rutte əlavə edib ki, ağır itkilərə baxmayaraq Rusiya hücumlarını davam etdirir və bu vəziyyətin həm Ukrayna iqtisadiyyatına, həm də Rusiya hərbi potensialına ciddi təsir göstərdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ