Britaniya Navalnının ölümündə əli olan şəxslərə qarşı sanksiyalar tətbiq etdi


Böyük Britaniya Aleksey Navalnı və Don Stercesin zəhərlənməsi ilə əlaqələndirilən “Noviçok” və epibatidin maddələrinin hazırlanması, tədqiqi və istehsalında iştirak etdiyi bildirilən Rusiya qurumlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yaydığı açıqlamada bildirilib.

Məlumata əsasən, sanksiyalar Rusiyanın kimyəvi silah proqramında iştirak etdiyi iddia olunan yeddi şəxsə və iki aparıcı elmi-tədqiqat institutuna şamil edilib.

Britaniya hökuməti qeyd edib ki, yeni məhdudiyyətlər Kimyəvi Silahlar Konvensiyası ilə qadağan edilən məqsədlər üçün zəhərli kimyəvi maddələrin hazırlanması və istehsalı ilə əlaqəli əsas şəxsləri və qurumları hədəf alır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ