Ukraynada mümkün atəşkəs Avropa ilə Rusiya arasında münasibətlərin avtomatik normallaşacağı anlamına gəlmir.
Turkustan.az xəbər verir ki, bu fikri “Ukrinform”a müsahibəsində Almaniya–Ukrayna parlament qrupunun rəhbəri, Bundestaqın “Birlik 90/Yaşıllar” fraksiyasının deputatı Robin Vagener səsləndirib.
Vagener bildirib ki, Ukraynada atəşkəs əldə olunacağı təqdirdə Rusiya ilə əvvəlki münasibətlərə qayıdacağına ümid edənlər yanılır.
Onun sözlərinə görə, hazırkı Rusiya rəhbərliyi şüurlu şəkildə demokratik Qərblə uzunmüddətli qarşıdurma yolunu seçib.
Deputat vurğulayıb ki, Moskva azadlıq, demokratiya və qanunun aliliyi kimi əsas dəyərləri qəbul etmir. O əlavə edib ki, bu prinsiplər Avropa üçün güzəştə gedilə biləcək məsələlər deyil.
Aytən Yaşar/ Turkustan.az