Prezident 1 sərəncam, 2 fərman imzaladı


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Turkustan.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası, gəlirlər 17 160 385,2 min manat, xərclər 14 627 160,4 min manat və ya Fondun 2025-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 118,7 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:

Sıra №-si

Göstəricilər

Məbləğ

(min manatla)

Gəlirlər, cəmi:

17 160 385,2

o cümlədən:

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

9 497 023,3

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

3 600,6

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir

14,4

4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

6 894 010,5

5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

765 736,4

Xərclər, cəmi:

14 627 160,4

o cümlədən:

1.

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinə transfert

14 481 000,0

2.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

18 637,8

3.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi

86 897,2

4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

40 625,4

***

Prezident İlham Əliyev “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Rəqəmsal ekologiya” informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində nəzərdə tutulan qərarın qəbul edilməsi prosesinin sadələşdirilməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Rəqəmsal ekologiya” informasiya sistemi üzərindən elektron formada həyata keçirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 640 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bəndə “Qanununun” sözündən sonra “13.6-2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində,” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 3.2-1-ci və 3.2-2-ci bəndlər əlavə edilsin:

“3.2-1. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.2-2. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Rəqəmsal ekologiya” informasiya sistemi nəzərdə tutulur;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 282 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 22; 2026, № 4, maddə 313) ilə təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə”nin 3.3.2-ci yarımbəndinə “olunması,” sözündən sonra “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-2-ci maddəsinə uyğun olaraq barəsində məlumatlandırma icraatı tətbiq edilən kollar üzrə həmin maddədə nəzərdə tutulmuş məlumatların təqdim edilməsi,” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 117 (Cild I); 2024, № 8, maddə 937) 1-ci hissəsində və 2.1-ci bəndində “cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə” sözləri “xəta haqqında protokolların, o cümlədən elektron protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron” sözləri ilə əvəz edilsin.

2. “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125 (Cild I); 2024, № 8, maddə 937; 2025, № 5, maddə 460) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.2-ci bənddə “cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolları, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolları” sözləri “xəta haqqında protokolları, o cümlədən elektron protokolları və inzibati xəta haqqında iş üzrə qərarları (qərardadları), o cümlədən elektron qərarları” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə” üzrə:

2.2.1. 1-ci hissə üzrə:

2.2.1.1. 1.2.1-ci yarımbənddə “cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolların” sözləri “xəta haqqında protokolların, o cümlədən elektron protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron qərarların” sözləri ilə əvəz edilsin;

2.2.1.2. 1.2.4-cü yarımbənddə “xüsusi ödəmə terminalları, mobil telefon aparatları və internet vasitəsilə elektron qaydada” sözləri “ödəniş kartı və digər ödəniş alətləri vasitəsilə” sözləri ilə əvəz edilsin;

2.2.1.3. 1.4.1-ci yarımbəndə “edən” sözündən sonra “, habelə informasiya ehtiyatları və sistemləri mövcud olmadığı üçün sistemdən elektron kabinet vasitəsilə istifadə edən” sözləri əlavə edilsin;

2.2.1.4. 1.4.2-ci yarımbənddə “xüsusi ödəmə terminalı və mobil telefon aparatları” sözləri “ödəniş kartı və digər ödəniş alətləri” sözləri ilə əvəz edilsin;

2.2.1.5. 1.4.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.4.3. elektron kabinet – sistemin istifadəçisini Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirməklə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, onun özü barəsində məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, habelə digər müraciətlərini elektron formada göndərməsini, ödənişlər həyata keçirməsini (ödəniş xidməti təchizatçıları vasitəsilə), həmçinin sistemin sahibi, operatoru və iştirakçıları ilə qarşılıqlı əlaqəsini, eləcə də sistem iştirakçısının həmin altsistem vasitəsilə identikləşdirilməklə sistemin sahibi və operatoru ilə qarşılıqlı sənəd (məlumat) mübadiləsini təmin edən fərdi elektron səhifədir.”;

2.2.2. 4-cü hissə üzrə:

2.2.2.1. 4.0.10-cu yarımbənddə “iş üzrə qərarı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolları, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolu” sözləri “protokolları, o cümlədən elektron protokolları və inzibati xəta haqqında iş üzrə qərarları (qərardadları), o cümlədən elektron qərarları” sözləri ilə əvəz edilsin;

2.2.2.2. 4.0.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.0.11. inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar və onların əlavələri barədə məlumatın inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına çatdırıldığı barədə real vaxt rejimində səlahiyyətli sistem iştirakçısını məlumatlandırmaq və bu barədə məlumatları “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsisteminə (bundan sonra – “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi) ötürmək;”;

2.2.2.3. 4.0.12-ci yarımbəndə “məlumatlandırılmasını” sözündən sonra “, habelə bu barədə məlumatların “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə ötürülməsini” sözləri əlavə edilsin;

2.2.3. 7-ci hissə üzrə:

2.2.3.1. 7.1-ci bənd üzrə:

2.2.3.1.1. birinci abzasda “1 gün müddətində” sözləri “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə” sözləri ilə əvəz olunsun və həmin abzasa “göndərirlər” sözündən sonra “və ya 24 saat müddətində elektron kabinet vasitəsilə sistemə daxil edirlər” sözləri əlavə edilsin;

2.2.3.1.2. 7.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.1.1. inzibati xəta haqqında protokolları, o cümlədən elektron protokolları və inzibati xəta haqqında iş üzrə qərarları (qərardadları), o cümlədən elektron qərarları, habelə həmin sənədlər üzrə sistem iştirakçılarının informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş məlumatları;”;

2.2.3.1.3. 7.1.4-cü yarımbənd ləğv edilsin;

2.2.3.1.4. 7.1.5-1-ci yarımbənddə “127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın, habelə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında” sözləri “57.6-cı maddəsi nəzərə alınmaqla, inzibati xəta haqqında protokolun, o cümlədən elektron protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən” sözləri ilə əvəz edilsin;

2.2.3.2. 7.3-cü bənddə “resursunda” sözü “ehtiyatında” sözü ilə əvəz edilsin;

2.2.3.3. aşağıdakı məzmunda 7.3-1-ci bənd əlavə edilsin:

“7.3-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər barədə informasiya ehtiyatları və sistemləri mövcud olmayan inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan sistem iştirakçıları sistemdə onlar üçün yaradılmış elektron kabinetdən istifadə edirlər.”;

2.2.3.4. 7.5-ci bənd üzrə:

2.2.3.4.1. birinci cümlədə “cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, məhkəmə qərarının” sözləri “tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin” sözləri ilə əvəz edilsin;

2.2.3.4.2. ikinci cümlədə “nəqliyyat vasitəsinin” sözləri “sistem” sözü ilə, “125.2.1-ci” sözləri “57-1.1.1-ci” sözləri ilə, “inzibati xəta haqqında iş üzrə qərarla” sözləri “sənədlə” sözü ilə əvəz edilsin;

2.2.3.4.3. üçüncü cümləyə “iştirakçılarına” sözündən sonra “və “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə” sözləri əlavə edilsin;

2.2.3.5. 7.9-cu bənddə “iş üzrə qərarla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolla və ya yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolla” sözləri “protokolla, o cümlədən elektron protokolla və inzibati xəta haqqında iş üzrə qərarla (qərardadla), o cümlədən elektron qərarla, cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumatla” sözləri ilə əvəz edilsin;

2.2.3.6. 7.10-cu bənddə “iş üzrə qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol və ya yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol” sözləri “protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında iş üzrə qərar (qərardad), o cümlədən elektron qərar” sözləri ilə əvəz edilsin;

2.2.3.7. 7.10-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.10-1. İnzibati tənbeh vermə haqqında qərar, o cümlədən elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə uyğun olaraq şəxsin elektron kabinetində yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz.”;

2.2.3.8. 7.15-ci bəndin üçüncü cümləsində “qərarın surəti sistem iştirakçısı tərəfindən” sözləri “qərar sistem iştirakçısı tərəfindən həmin Məcəllənin 136.2-2-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

2.2.3.9. 7.17-ci bənddə “əhalinin intensiv istifadə etdiyi ictimai yerlərdə quraşdırılmış və sistemə inteqrasiya olunmuş xüsusi ödəmə terminalları, sistemin xüsusi proqram təminatı əsasında mobil telefon aparatları və ya sistemin internet səhifəsi” sözləri “ödəniş kartı və digər ödəniş alətləri” sözləri ilə əvəz edilsin;

2.2.3.10. 7.18-ci bənddə “iş üzrə qərarın, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun” sözləri “protokolun, o cümlədən elektron protokolun və inzibati xəta haqqında iş üzrə qərarın (qərardadın), o cümlədən elektron qərarın” sözləri ilə əvəz edilsin;

2.2.3.11. 7.19-cu bəndə “sisteminə” sözündən sonra “və “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654, № 8, maddə 943, № 10, maddə 1140, № 12 (II kitab), maddə 1383; 2025, № 6, maddə 541, № 11, maddə 1022, № 12 (I kitab), 1154; 2026, № 2, maddə 123) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.3.7-ci yarımbənddə “127-3-cü” sözləri “127-3.1-ci” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 4.1.8-1-ci yarımbənd əlavə edilsin:

“4.1.8-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 937; 2025, № 4 (I kitab), maddə 341) ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.1.21-1-ci yarımbənd əlavə edilsin:

“6.1.21-1. inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 117.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün “ASAN ödəniş” informasiya sisteminə, habelə həmin qərarla bağlı məlumatların “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsisteminə göndərilməsi;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli 1621 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 209 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 937) ilə təsdiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.0.9-1-ci yarımbənd əlavə edilsin:

“6.0.9-1. sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə qərarın (qərardadın) təsdiq edilməmişdən əvvəl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsisteminə ötürülməsi, habelə həmin qərarın baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158, № 6 (I kitab), maddə 654,

№ 7, maddələr 814, 815, № 8, maddələr 937, 948) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.1-cı bənd üzrə:

6.1.1. 6.1.13-cü yarımbəndə “foto” sözündən əvvəl “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsi nəzərə alınmaqla, inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), habelə” sözləri əlavə edilsin;

6.1.2. aşağıdakı məzmunda 6.1.13-1-ci yarımbənd əlavə edilsin:

“6.1.13-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-2.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatların, habelə həmin Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq, informasiya sistemlərində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın və bort-kompüter vasitəsilə tərtib edilmiş protokolun və qərarın “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsisteminə ötürülməsi;”;

6.1.3. 6.1.15-ci yarımbənddən “xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə,” sözləri çıxarılsın və həmin yarımbəndə “qərarın” sözündən sonra “(xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə) və 124.4-cü maddəsinə uyğun olaraq operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edilmiş protokolun və qərarın” sözləri, “Məcəllənin” sözündən sonra “124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar barədə məlumatların və” sözləri əlavə edilsin;

6.2. 7.4-cü bənd üzrə:

6.2.1. 7.4.4-cü yarımbənddə “125.2.2-ci” sözləri “57-1.1.2-ci” sözləri ilə, “125.2.1-ci” sözləri “57-1.1.1-ci” sözləri ilə, “inzibati xəta haqqında iş üzrə qərarla və onun” sözləri “sənədlər və onların” sözləri ilə əvəz edilsin;

6.2.2. 7.4.6-cı yarımbəndə “foto” sözündən əvvəl “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsi nəzərə alınmaqla, inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), habelə” sözləri əlavə edilsin;

6.3. həmin Əsasnaməyə əlavə – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) Siyahısı”na aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi”.


MANŞET XƏBƏRLƏRİ