Artıq Yeni ilə sayılı günlər qalıb. Bəziləri bayramı ölkə xaricində keçirməyi, bəziləri isə rayonlara üz tutmağı seçib.
Bəs görəsən bölgələrdə hotellərdə qiymətlər necədir?
Turkustan.az Axşam.az-a istinadla məşhur məkanların bayram günü qoyduğu od tutub yanan qiymətləri təqdim edir.
Qiymət 2 nəfər üçün və 2 günə hesablanıb. Qiymətə səhər yeməyi daxildir.
Bayram günü ən baha qiymət "Quba Palace"da qoyulub. Burada 2 gün qalmaq 2000, 2200, 2400 manat təyin edilib.
İkinci yerdə "Shamakhi palace"dır. Burada bayramı qeyd etmək sizə 1980 manata başa gələcək.
"Basqal resort"da iki gün dincəlmək 1860 manat olacaq.
"Shabran wellbeing resort" iki gün qalmaq 1800 manatdır.
"Qafqaz riverside" Yeni il gecəsi üçün qiyməti 1595 manat təyin edib.
"Lankaran spring" oteldə Yeni il gecəsi sizə ən az 1500 manata başa gələcək.
"Marxal resort spa"da isə bayram qiyməti 1400 manatdan başlayır. Bu oteldə isə yerlər tükənib.
"Lachın resor&spa" bayram qiymətini 1640 manat təyin edib.
"Shusha Hotel" isə bayram günü qiyməti 950 manat edib.
Qeyd edək ki, təqdim olunan qiymətlər başlanğıcdır. Yəni qiymət daha baha ola bilər.