“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”


“BakıKart”-ın ləğv olunması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq “K Group” MMC (Bakı Kart) məlumat verib.

"BakıKart" fəaliyyətini davam etdirəcək: “K Group” MMC (Bakı Kart) Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə Bakı nəqliyyatında rəqəmsal ödənişlərin genişlənməsi istiqamətində növbəti addımını atdı. Artıq Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödəmək mümkündür.

Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün yerli bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də bu imkanı yaradır. Son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda — metro və avtobuslarda istifadə olunan BakıKart kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. BakıKart ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və "Bakikart" kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil”.


MANŞET XƏBƏRLƏRİ