Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO


Xəbər verdiyimiz kimi, Ermənistanın III Prezidenti Serj Sarkisyana qarşı cinayət işi açılıb.

Turkustan.az xəbər verir ki, o vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə ittiham olunur.

Serj Sarkisyan artıq Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Daha sonra səhhəti pisləşdiyinə görə xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində axtarış aparılıb.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ