Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO


Ağdamda dəhşətli qətl hadisəsi olub. Rayonunun Səfərli qəsəbə sakini 57 yaşlı Zakir Hüseynov kürəkəni Eldəniz Qənbərov tərəfindən bıçaqlanıb.

Hadisədən bir neçə gün əvvəl Eldəniz Qənbərov həyat yoldaşını döyüb. Qadın bundan sonra ata evinə gedib. Bildirilir ki, cütlüyün bundan əvvəl də ailədaxili münaqişələri olub.

Hətta Eldəniz Qənbərovun həyat yoldaşını döydüyü və qadının gözündən ağır xəsarət alaraq görmə qabiliyyətini itirdiyi iddia edilir.

Tərəflər bir müddət əvvəl məsələ ilə bağlı Xoşqədəm Hidayətqızının verilişinə də çıxıblar. Sonradan ailə barışdırılıb.

Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:


MANŞET XƏBƏRLƏRİ