QHT “Azərbaycanda hidrotəhlükəsizlik çağırışları” layihəsi çərçivəsində tədbirlər keçirib - FOTOLAR


Yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi ilə bağlı müvafiq beynəlxalq təcrübəni əks etdirən araşdırma sənədi hazırlanacaq.

QHT.az xəbər verir ki, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda hidrotəhlükəsizlik çağırışları” layihəsinin icrasını davam edir. Layihənin əsas məqsədi Ölkədə su təhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmə sisteminin qurulmasıdır.

Layihə çərçivəsində gənclər üçün “İqlim dəyişikliklərinin yaratdığı aqro-ekoloji problemlər və su resurslarına çıxış imkanları” mövzusunda BDU Qazax filialında 2 tədbir, Tovuz Dövlət Sosial-İqtisad kolleci – 1 tədbir, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi – 1 tədbir, Qazax Dövlət Sosial-İqtisadi Kolleci – 1 tədbir və Vüqar Süleymanov adına Qazax Peşə liseyi – 1 tədbir təşkil edilimişdir. Ümumilikdə tədbirlərdə 316 gənc iştirak etmişdir.

Bu sahədə ixtisaslaşmış peşəkar təlimçi Fariz Ələkbərov gənclərə İqlim dəyişikliyi və onun baş vermə səbəbləri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası və COP 29 təşəbbüsləri, İqlim dəyişikliklərinin yaratdığı aqro-ekoloji probemlər, Su resurslarına çıxış imkanları və sudan səmərəli istifadə haqqında geniş məlumat verdi. Tədbir interaktiv şəkildə keçirilərək işirakçıların marağına səbəb olmuşdur.

Maarifləndirici tədbirlərin nəticəsi olaraq davranışda insanlar texniki su kimi yağış suyundan istifadəyə təkan vermiş olacaq.


MANŞET XƏBƏRLƏRİ