Aləsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb.
Turkustan.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb.
Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək.
Xatırladaq ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, bacısını, azyaşlı qardaşı və bacısı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.