8 il kişi kimi axtarışda olan şəxs qadın olaraq tutuldu - VİDEO


Türkiyənin İstanbul şəhərində 8 ildir kişi cinsində axtarışda olan Toğrul Başar adlı şəxs qadın formasında ələ keçirilib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Toğrul Başar polisdən gizlənmək üçün cinsiyyətini dəyişib və bacısının şəxsiyyət vəsiqəsindən istifadə edib.

Polisin keçirdiyi əməliyyat zamanı T.Başar Kadıköy rayonunda saxlanılıb.

Qeyd edək ki, T.Başar daha əvvəl də məhkumluq həyatı yaşayıb. O 2010-cu ildə Samsun şəhərində dələduzluq etdiyi üşün 3 ayrı həbs cəzası alıb. 28 fevral 2018-ci ildən isə başqa bir cinayətdən axtarışda olub. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ