Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçirilir


Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) Həmrəylik Forumu başlayıb.

Turkustan.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT nümayəndəsi iştirak edir.

Forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirəsi, həmçinin “Azərbaycan–Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” və bədii-mədəni proqramın təşkili nəzərdə tutulub./teleqraf


MANŞET XƏBƏRLƏRİ