Pezeşkianın ofisinə belə hücum edilib – Əməliyyatın VİDEOSU


“Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq Tehran mərkəzindəki rəhbərlik obyektlərinə hücum edib”.

Turkustan.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İsrail tərəfinin məlumatına görə, zərbələr prezident ofisinə, Milli Təhlükəsizlik Ali Şurasının binasına, təhlükəsizlik məsələləri üzrə əsas forumun iclas yerlərinə, həmçinin hərbi zabitlərin hazırlanma müəssisələrinə və digər vacib obyektlərə endirilib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.

İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ