ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dördüncü gündür davam edir. İran isə cavab hücumları ilə qarşılıq verir.
Turkustan.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) gecə saatlarında Tehrana qarşı yeni hücum dalğasına başladığını açıqlayıb. Bu arada, ABŞ ordusu şənbə günündən etibarən İranda 1250-dən çox hədəfə zərbə endirdiyini bildirib.
Dünən səhər qarşıdurmalar Livan sərhədinə də keçib. İsrail ilə Hizbullah arasında atışma baş verib. Livan rəsmiləri İsrailin hücumları nəticəsində azı 52 nəfərin öldüyünü açıqlayıblar.
Hadisələrin gedişi göstərir ki, münaqişə artıq təkcə İran və İsrail arasında deyil, regiondakı digər aktorlar da birbaşa şəkildə qarşıdurmaya cəlb olunublar.
Böhran dərinləşdikcə Şimali Koreya lideri Kim Jong Un diqqətçəkən açıqlama verib. O bildirib: “Əgər İran bunu istəsə, biz İsrailə qarşı raketlər verə bilərik. Bir raket onları məhv etmək üçün kifayət edərdi.”
Aytən Yaşar/ Turkustan.az