İranın bu addımı Yaponiyanı narahat edir! Baş nazir üsyan etdi


Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazının bağlanması ehtimalı fonunda qlobal enerji bazarlarında narahatlıq artır.

Turkustan.az xəbər verir ki, bu çərçivədə Yaponiyadan diqqətçəkən açıqlama verilib.

Qlobal neft ticarətinin əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazının uzun müddət bağlanması, xüsusilə Asiyada enerji idxalından asılı olan iqtisadiyyatlara ciddi təzyiq göstərə bilər. Yaponiya Baş naziri Sanae Takaiçini boğazın uzun müddət bağlı qalmasının ölkə iqtisadiyyatı üçün ciddi risk yaradacağını bildirib.

Enerji resurslarında əsasən xarici mənbələrdən asılı olan Yaponiya hazırda 254 günlük strateji neft ehtiyatına malikdir. Baş nazir qısamüddətli təchizat şoklarına hazır olduqlarını vurğulasa da, ekspertlər qlobal enerji axınında uzunmüddətli fasilənin qiymətlərin kəskin artımına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Hörmüz boğazında baş verə biləcək hadisələrin təkcə region ölkələrinə deyil, bütövlükdə qlobal iqtisadiyyata və enerji bazarlarına birbaşa təsir göstərəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ