Hakan Fidandan birbaşa soruşdular: İran Türkiyəyə hücum edərmi?


İftar proqramında Ankarada media qurumlarının nümayəndələri ilə görüşən Hakan Fidan ABŞ, İsrail və İran arasında baş verən müharibə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, nazir Fidan Türkiyənin əsas prioritetinin qarşılıqlı hücumların dayandırılması və diplomatik prosesin bərpa olunması olduğunu vurğulayıb. İranın Türkiyəyə mümkün hücumu ilə bağlı suala cavabında isə o bildirib: “Türkiyə hər zaman özünü müdafiə edəcək. Bunu etmək üçün həm iradəmiz, həm də imkanlarımız var.”

Nazirin açıqlamalarından əsas məqamlar:

“Bu inkişaflar həm bölgəmizin gələcəyini, həm də qlobal sabitliyi ciddi şəkildə təhlükə altına qoya bilər. İranın bölgədə ərəb ölkələrində yerləşən ABŞ bazalarını birbaşa hədəfə alması hadisələrin daha geniş regional təhlükəsizlik böhranına çevrilməsi riskini artırır.

Digər mühüm məsələ isə Hörmüz boğazıdır. Boğazın bağlanması qlobal maliyyə və enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər. Bu isə ABŞ-ı qısa müddətdə əlavə tədbirlər görməyə məcbur edə bilər.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ