İsrail illərdir İranın Ali Lideri Əli Xameneiyə sui-qəsd hazırlayıb, bunun üçün geniş kəşfiyyat aktivləri və texniki xidmətlərdən istifadə edib.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat şəhər videomüşahidə sistemlərinə genişmiqyaslı haker hücumları və mobil şəbəkələrə sızma əməliyyatlarını əhatə edirdi. İsrail kəşfiyyat agentlikləri Tehranda əksər yol hərəkəti kameralarına çıxış əldə edə bilirdilər. Görüntülər İsraildəki serverlərə ötürülürdü və bu da onlara Xameneinin mühafizəçilərinin hərəkətlərini və yüksək vəzifəli məmurların marşrutlarını izləməyə imkan verirdi.
Fərdi kameralar strateji əhəmiyyətli rakursları təmin edir, mühafizəçilərin maşınlarının dayanacaq yerlərini qeyd edir və yüksək təhlükəsiz ərazilərdəki gündəlik həyata dair məlumat verirdi.
ABŞ-nin Xameneinin çevrəsindəki kəşfiyyat mənbəyi onun hərbi komandanlıqla fevralın 28-də görüşünün planlaşdırıldığı barədə məlumatı təsdiqləyir. Əməliyyat günü hər hansı bir xəbərdarlığın qarşısını almaq üçün ərazidəki mobil rabitə antenləri söndürülür. Nəticədə, ərazidəki telefonlar daxil olan zəngləri qəbul edə bilməyirdi. Kəşfiyyat məlumatları nəhayət təsdiqləndikdən sonra görüş yerinə 30-a qədər dəqiq idarə olunan bomba atıldı və bu da Xameneinin və hərbi komandanların ölümünə səbəb oldu./modern.az