İran ölkənin mərkəzinə zərbə endirdi! ABŞ səfirliyində böyük partlayış baş verdi


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Amerika Birləşmiş Ştatlarının Səudiyyə Ərəbistanındakı Səfirliyi binasında güclü partlayış baş verib, ardınca yanğın qeydə alınıb.

Turkustan.az xəbər verir ki, Səudiyyə rəsmiləri hadisə zamanı səfirlik əməkdaşlarının binada olmadığını açıqlayıblar. Hücumun İran tərəfindən iki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirildiyi bildirilib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin yaydığı açıqlamada insident nəticəsində yalnız “kiçik maddi ziyan”ın yarandığı qeyd olunub.

Hadisə son günlər Ər-Riyadın İranın raket və dron hücumlarına məruz qalmasından sonra baş verib. Səudiyyə Ərəbistanı həftəsonu İranın hücumlarının həm paytaxta, həm də mühüm neft infrastrukturunun yerləşdiyi Şərq əyalətinə zərbə endirdiyini təsdiqləyib.

Donald Trump NewsNation telekanalına verdiyi müsahibədə Ər-Riyaddakı səfirliyə edilən hücuma cavab olaraq qisas tədbirlərinin görüləcəyini bildirib. Cavabın nə olacağı ilə bağlı suala Tramp “Tezliklə öyrənəcəksiniz” deyə cavab verib. O, quru müdaxiləsinə ehtiyac olmadığını vurğulayaraq əlavə edib: “Biz onlara böyük ziyan vururuq. Çox böyük ziyan vururuq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ