Netanyahu Şimali Koreya ilə bağlı açıqlaması ilə gündəmə gəldi


İsrail Baş naziri Binyamin Netanyahunun "Fox News"a verdiyi müsahibədə İran və ABŞ Prezidenti Donald Trampla bağlı açıqlamaları diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Netanyahu İranın nüvə imkanları və Vaşinqton administrasiyasının mövqeyi ilə bağlı sərt açıqlamalar verib.

Şimali Koreya nümunəsi ilə İrana diqqət çəkən Netanyahu dedi: "Baxın, Şimali Koreyanı heç kim dayandıra bilmədi və indi onların ballistik raketləri və nüvə başlıqları var. Amma onlar "Amerikaya ölüm" demirlər. İran 50 Şimali Koreyaya dəyər. İran sizi məhv etmək əzmindədir".

Netanyahu İranın ABŞ və Qərb üçün daha böyük təhlükə yaratdığını və liderlərin bu faktı qəbul etməli olduğunu iddia etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ