Ermənistanda “Seks Nazirliyi” yaratmaq təklif olundu - VİDEO


Seks Nazirliyinin yaradılması təklifi Ermənistanda ajiotaj yaradıb.

Turkustan.az BBC-yə istinadla xəbər verir ki, çevriliş çağırışında ittiham olunan və ev dustaqlığına məhkum edilən iş adamı Samvel Karapetyanın oğlu Sarqis Karapetyan bu ideyanı öz podkastında səsləndirib.

"Güclü Ermənistanda narazı qadın olmayacaq", - deyə Sarqis Karapetyan bildirib və əlavə edib ki, demoqrafik problemlər seks olmadan həll edilə bilməz.

Karapetyan güclü Ermənistandan danışarkən ailələri tərəfindən qurulan "Güclü Ermənistan" partiyasının hakimiyyətə gəlməsini nəzərdə tutub. Partiyanın 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcəyi artıq məlumdur.

S. Karapetyanın açıqlaması insan haqları fəalları və qadın hüquqları təşkilatları tərəfindən tənqid edilib və onlar "qadınlara qarşı stereotipik və ayrı-seçkilik mövqeyi" qəbuledilməz adlandırıblar.

Qadınlara qarşı Zorakılığa Qarşı Koalisiya xüsusi müraciət yayıb: "Qadınlar siyasi mənfəət üçün istismar edilə bilməz. Qadınlar və həssas qruplar siyasi spekulyasiyanın obyekti ola bilməzlər, çünki bu, ayrı-seçkilik və onların ləyaqətinin pozulmasıdır".

Bir Ermənistan sakini Karapetyanın sözlərini cinayət hesab edərək hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edib.

Yeri gəlmişkən, elə ekzotik nazirlik unikal olmazdı. Böyük Britaniyada tənhalıq, Birləşmiş Ərəb Əmirliklərində Xoşbəxtlik və Rifah, Hindistanda isə Ayurveda Nazirliyi mövcuddur.


MANŞET XƏBƏRLƏRİ