Sərhədlərimizdə təhlükə: İranda quru əməliyyatları başlayacaq? - VİDEO


Elçin Şıxlı: “İranın gələcək taleyinin necə olması Azərbaycana da təbii ki, təsir göstərəcək”

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo”nun rəhbəri Elçin Şıxlı AYNA.AZ-ın “YouTube” kanalına müsahibəsində ABŞ və İsrailin İrana qarşı birgə hücumları, Yaxın Şərqdəki müharibənin törədə biləcəyi fəsadlar və bölgəmizə təsirlərindən danışıb.

E.Şıxlı qeyd edib ki, əvvəla İran Azərbaycanın qonşusudur, ikincisi, bu ölkədə 30-40 milyon arası sayda Azərbaycan türkləri yaşayır: “Bu müharibədə soydaşlarımız da əziyyət çəkirlər. Ümumiyyətlə, Azərbaycan sərhədində böyük hərbi münaqişənin baş verməsi bizim üçün təhlükə deməkdir”.

“İranın gələcək taleyinin necə olması Azərbaycana da təbii ki, təsir göstərəcək. Həm humanitar cəhətdən təsirlər ola bilər. Eyni zamanda, sərhədlərin dəyişməsi ehtimalı da var”, - deyə qeyd edib.

“Nə qədər qəribə olsa da, İranın Ali Rəhbəri Əli Xameneyi öldürüldü. Bununla yanaşı, İranın bir sıra yüksək rütbəli həbçiləri də aradan götürüldü. Demək ki, vəziyyət o qədər də sadə deyil”, - AJB sədri vurğulayıb.

E.Şıxlı ABŞ və İsrailin İrana qarşı quru əməliyyatına başlayıb-başlamaması ehtimalından da danışıb.

Müsahibəni geniş şəkildə təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ