Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin dörd oyunu keçiriləcək.
Turkustan.az xəbər verir ki, "Qarabağ" İngiltərədə "Nyukasl Yunayted" klubunun qonağı olacaq.
İzləyicilər "Nyukasl Yunayted" - "Qarabağ" oyununu İctimai TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə "İnter" "Budyo Qlimt" ilə, "Atletiko Madrid" "Brügge" ilə üz-üzə gələcəklər. Hər iki qarşılaşma "CBC Sport" TV-də canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
24 fevral
Saat 21:45, "Atletiko Madrid" - "Brügge" ("CBC Sport" TV).
25 fevral
Saat 00:00, "Nyukasl Yunayted" - "Qarabağ" (İctimai TV);
Saat 00:00, "İnter" - "Budyo Qlimt" ("CBC Sport" TV). /axar.az/