Azərbaycan hərbi strukturlarında mümkün kadr dəyişiklikləri gündəmdədir.
Bakıvaxtı.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumatda general-leytenant Kənan Seyidovun Quru Qoşunları Komandanlığının rəhbərliyinə təyin olunacağı iddia edilir.
Hazırda həmin vəzifəni general-polkovnik Hikmət Mirzəyev icra edir.
Qeyd edək ki, Hikmət Mirzəyev və Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət ediblər. Mirzəyev 2014–2024-cü illərdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Seyidov isə həmin hərbi birləşmənin qərargah rəisi olaraq çalışıb. Hər iki general 44 günlük Vətən müharibəsində göstərdikləri xüsusi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Xatırladaq ki, Kənan Seyidov hazırda Əlahiddə Ümumqoşun Ordunun komandanıdır. O, bundan əvvəl 5-ci Ordu Korpusunun komandiri vəzifəsində xidmət edib.
Mənbənin bildirdiyinə görə, bu mümkün kadr dəyişikliklərinin əsas səbəbi hərbi sahədə islahatların sürətləndirilməsi ola bilər.