“Tədris proqramının ağır olması və dərs vəsaitlərinin, xüsusilə onların komplektlərinin çoxluğu ibtidai sinif şagirdlərinin çantalarının həddindən artıq yüklənməsinə səbəb olur. Bu isə onların sağlamlığına və fiziki inkişafına mənfi təsir göstərir”.
Turkustan.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Ombudsman Səbinə Əliyeva deyib.
Ombudman tədrisin təşkil olunması ilə bağlı bir sıra təkliflər irəli sürüb:
-tədris proqramı optimallaşdırılsın;
-eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam dərs materiallarından istifadə edilsin;
-rəqəmsal resurslardan istifadə genişləndirilsin və bunun üçün təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilsin;
-şagirdlərin gündəlik istifadə etmədikləri dərs vəsaitlərini məktəbdə saxlaya bilmələri üçün dolablar quraşdırılsın.
-Şagirdlərin təhsil müəssisəsinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhərində tətbiq olunan “Məktəbli avtobusları” pilot layihəsinin növbəti tədris ilindən daha geniş şəkildə həyata keçirilməsi nəzərə alınaraq təklif olunur ki:
-xidmət üzrə müəyyən edilmiş ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılsın və ödəniş mexanizmi ailələrin sosial vəziyyətinə uyğunlaşdırılsın./Globalinfo.az