İranla müharibədə ABŞ-nin itkiləri artıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Martın 2-si yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə 01:00, 3 mart – red.) olan məlumata görə, altı ABŞ hərbçisi döyüş zamanı həlak olub. ABŞ qüvvələri bu yaxınlarda İranın bölgədəki ilk hücumları zamanı vurulmuş obyektdən iki hərbçinin qalıqlarını çıxarıb”, - məlumatda deyilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyat başladıb. Həmin tarixdən etibarən tərəflər bir-birlərinə məxsus obyektləri atəşə tutur. /yeniavaz.com/