Politico: İran savaşı Ukraynanı unudulmuş müharibəyə çevirə bilər


Yaxın Şərqdə gərginliyin artması Vaşinqtonun prioritetlərini dəyişə və Ukraynanın hərbi dəstəyinə təsir göstərə bilər.

Turkkustan.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Politico saytında maraqlı məlumat yayılıb.

Saytın xəbərinə görə, ABŞ İranla mümkün uzunmüddətli qarşıdurmaya cəlb olunarsa, bu, Ukraynanın silah tədarükündə ciddi problemlər yarada bilər.

Sayt qeyd edir ki, ABŞ ordusu İran istiqamətində böyük həcmdə sursat və raket sistemlərindən istifadə edərsə, bu ehtiyatların bərpası vaxt tələb edəcək. Bu isə Ukraynaya və Avropaya ayrılan silah paketlərinin azalmasına gətirib çıxara bilər.

ABŞ-ın Yaxın Şərqə fokuslanması isə Ukraynanı “unudulmuş müharibə” vəziyyətinə sala bilər.

Saytın məlumatına əsasən, Avropa İttifaqı ölkələri də narahatdır – əgər ABŞ silah ehtiyatlarını doldurmağa üstünlük versə, Avropanın və Ukraynanın həmin sistemləri almaq imkanları məhdudlaşa bilər.

“Çox böyük həcmdə atəş gücü istifadə olunub, o cümlədən raket əleyhinə sistemlər və digər sursatlar. ABŞ ehtiyatları bərpa etməlidir və bu o deməkdir ki, Avropa və ya Ukraynanın alacağı silah azalacaq”,-deyə Politico-ya danışan yüksək vəzifəli anonim mənbə bildirib

Qeyd edək ki, ABŞ və İsrail İran ərazisində bir sıra hədəflərə zərbələr endirib, İran isə cavab olaraq İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə raket hücumları həyata keçirib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ