İstanbul'un xəritəsi yenidən çəkiləcək! - Həmin ərazidə nəhəng şəhər salınır


İstanbul'un şimalındakı Arnavutköydə yerləşən Yenişəhər Layihəsi sürətlə artan yaşayış blokları və infrastruktur işləri ilə diqqət çəkib. Türküstan.az xəbər verir ki, pilotsuz uçan aparatla çəkilmiş hava görüntüləri addım-addım yeni şəhərin tikildiyini açıq şəkildə göstərib. Ekspertlər Yenişəhərin həm İstanbul'un mənzil ehtiyacını həll edəcəyini, həm də şəhərin gələcək yaşayış mərkəzlərindən birinə çevriləcəyini vurğulayıblar.

İstanbul'un şimalında yüksələn Yenişəhər- geniş bulvarları, planlaşdırılmış yaşayış massivləri, sosial və mədəni obyektləri ilə klassik urbanizasiya anlayışından kənara çıxan bir model olaraq seçilir. Bölgə həm də İstanbul Hava Limanına, Şimali Mərmərə şossesinə yaxınlığı və Nakkaşla əlaqəsi səbəbindən nəqliyyat baxımından strateji bir yerdə yerləşir.

Yenişəhər ərazisinin və ətrafının pilotsuz təyyarə kamerası ilə havadan çəkilişi blokların sürətlə yüksəldiyini, infrastruktur və yol işlərinin eyni zamanda aparıldığını üzə çıxarıb. Görüntülər İstanbul'un şimalında faktiki olaraq yeni bir şəhərin doğulduğunu üzə çıxarıb.

Mütəxəssislər vurğulayıblar ki, Yenişəhər sadəcə yaşayış məntəqəsi deyil; həm də yeni həyat tərzi modeli təklif edir. Belə ki, geniş yolları, planlaşdırılmış yaşayış məntəqələri, sosial sahələri və nəqliyyat şəbəkələri ilə İstanbul'un şimalında yüksələn bu Yenişəhər gələcək illərdə həm investorlar üçün həm də yeni həyat axtaranların əvəzolunmaz bir məkanına dönüşəcəkdir!

Tahirə Nur


MANŞET XƏBƏRLƏRİ