Hərbçilərimiz qəzaya düşdü: ölən var


Şuşa–Laçın yolunda ölümlə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub.

Turkustan.az bildirir ki, APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, qəza yük maşını digər nasaz yük maşınını qoşqu ilə yedəyinə alaraq hərəkət edən zaman baş verib.

Dağ yolu ilə hərəkət edən nəqliyyat vasitəsi döngələrin birində idarəetmədən çıxaraq qəzaya düşüb.

Qəzada ölən və xəsarət alan şəxslərin hərbçi olduğu bildirilir.

***11:17

Laçın–Şuşa yolunda qəza olub.

Turkustan.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Yolda hərəkət edən avtomobil maneəyə çırpılaraq aşıb.

Nəticədə bir nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ