İran Trampı yalan danışmaqda günahlandırdı


İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi ABŞ prezidenti Trampın Konqresdəki çıxışında İranla bağlı dediklərini tənqid edib.

Turkustan.az xəbər verir ki,Bekayi Trampı "yalanları təkrarlamaqda" günahlandırıb.

Bekayi sosial mediada verdiyi açıqlamada Trampın birgə Konqres dinləməsindəki çıxışı zamanı İranla bağlı dediklərini tənqid edib.
İran sözçüsü bildirib ki, "Peşəkar yalançılar yalançı reallıq uydurmaqda xüsusi təcrübəyə malikdirlər".

Bekayi Nasist Almaniyasının Təbliğat naziri və Adolf Hitlerin müşaviri Jozef Göbbelsin "Yalan iddianı həqiqət görünənə qədər təkrarlayın" sözlərini xatırladaraq aşağıdakıları qeyd etdi:

"Bu qayda bu gün ABŞ hökuməti və onun müharibə qızışdırıcıları, xüsusən də soyqırımçı İsrail rejimi tərəfindən İran xalqına qarşı şeytani dezinformasiya kampaniyasında sistematik şəkildə istifadə olunur. İranın nüvə proqramı, qitələrarası ballistik raketləri və yanvar hadisələrində itkilərin sayı ilə bağlı irəli sürülən iddialar böyük yalanların təkrarından başqa bir şey deyil. Heç kim bu cür yalanlara aldanmamalıdır."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ