Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Geniş Ğıpçaq düzəngahının güney ərazilərində eramızdan əvvəl təqribən 558-518-ci illərində Sak/İskit/Saxa qəbilə-tayfa İttifaqının qudrətli hakimi Zərrintac/Sara Mir Əmir qızı Türk dünyasının əzəli düşmənlərindən biri, qarımış/qartımız farslara qarşı müharibələrdə həmişə qalib gəlmiş, Amazonkalılar/Zərrintaclılar döyüşçü qadın bölüklərinin yaradıcısı və rəhbəri olmuşdur. Onun dövlətçilik və hərbi xidməti Böyük Sak imperiyasının qurucusu Sak-Massaget hökmdarı Tomiris xatunla müqayisə edilir, eyni dərəcədə qiymətləndirilir. Hər ikisi haqqında xeyli sayda əfsanə və rəvayətlər yaranmışdır.
Bu cür şifahi eposların birin də deyilir ki, Hunların və Sakların, eləcə də, digər Türkdilli dövlətlərin varlıqları zamanı 7 Xatun-Şahzadə hakimiyyətdə ikən qüdrətli dövlət quruculuğuna nail olmuşlar. Türk dünyasının məşhur tarixçisi Əbül Qazi Bahadur xan “Türklərin şəcərəsi” əsərində onlar, eləcə də, Zərrintac Xatun haqqında qiymətli bilgillər vermişdir.
Şahənşah Zərrintacın hakim olduğu Sak qəbilələrinin dövləti Sır-Dərya çayı hövzəsində (Skif/İskit və Sarmat çöllərində, Dəşti-Qıpçaq düzəngahının Doğu hissəsini, Yeddiçay yatağı və İssık-Kul gölü hüdudlarında) yerləşməklə, paytaxtı Sığnaq şəhəri yaxınlığında idi.
Haşiyə. Qədim Altay diyarının Çuy vadisinin, Böyük Ulaqan çayı hövzəsində Türk Görqanları/Kurqanlarında dəfn edilənlər sırasında hüdudsuz Altay çöllərinin kökənli Skif/Sak tayfalarının (2,5 min il əvvəl yaşamış) Ünlü, Hörmətli şəxsləri sırasında Sak Xatunları/Zərrintaclılar/Amazonkalılar (17 yaşa çatmamış qızlardan ibarət döyüşçülər-“Gözəllər ordusu”) da olmuş, onlar haqqında həm də Assuriya və Midiya mənbələrində qiymətli məlumatlara yer verilmişdir.
Zərrintac Xatun haqqında yunan filosoflarından Knidli Ktesiy (e.ə.V əsrin II yaarısı-IV əsrin əvvəlləri, “Fars tarixi”, “Asiya haqqında məlumatlar”), Siciliyalı Diodor (e.ə.90-30-cu illər, 49 kitabdan ibarət “Tarixi kitabxana” cildi), Dəməşqli Nikolay (e.ə.64-4, “Tarix” kitabı’’ 80-144-cü hissə)...əsərlərində, Türk dünyasında bu barədə ilk dəfə Özbək tarixçisi, Aral-Xivə hakimi Əbülqazi Bahadır (1603-1664) “Türklərin şəcərəsi” (1663) salnaməsində, Ən Yeni Tarixdə isə Qazax tarixçisi Dursun Qudagəldi oğlu Yurdbəy (1951) “Dəbilqə” kitabında qiymətli məlumatlar yazılmışdır. Mənbələrdə Sak Şahzadəsinin yenilməz sərkərdə kimi Assuriyalılar və Midiyalılar üzərində qələbə çalması, hərbi əməliyyatlarda düzgün döyüş mövqeyi seçməsi və müdafiə-hücum növbələşməsinin aparılması, həm də, sülhə bağlılığı, qəbilə-tayfa İttifaqını gücləndirməsi...kimi keyfiyyətlərə malik olması bildirilir.Sak hökmdarının qızı kimi həm də hakimiyyəti altında qəbilə-tayfa İttifaqını gücləndirən Zərrintac həmiş Sülh yoluna və Haqqın zəfərinə inam bəsləmiş, dövlətin siyasi-hərbi gücü ilə iqtisadi inkişafa nail olmuş, qonşu dövlətlərlə iqtisadi-ticarət əlaqələrini genişləndirmişdir. Hökmdarlar Onun uzaqgörən təsəvvürləri, zəngin ağılı və iti zehni qarşısında yalnız barışıq yolunu seçməyə məcbur olmuşlar.
Tarixi-coğrafi mənbələrinə əsasən Zərrintacın hakim olduğu ərazilərin Sak/İskit tayfalarının dövlət quruculuğunun Aral dənizi hövzəsindən Altay dağlarınadək yayıldığı məlum olur.
Siciliyalı Diodor K. Ktesiy əsərlərinə istinad edərək (8-ci paraqraf) məlumat vermişdir ki, Zərrintac bir çox dəyərlərinə görə Sak qadınlarından üstün olub (I, səh.39), Vətəni darda olduqda silaha sarılaraq döyüş meydanlarında igid ərənlərlə çiyin-çiyinə at belində, əlində polad qılıncla vuruşmuş, Gözəlliyi və Şücaəti ilə Zərrintaclara örnək olmuşdur.
Yunan tarixçilərinin “Soqdiana” (əslində Sakdiana) adlandırdığı və əski xəritələrdə göstərdiyi Qara, Azov və Xəzər dənizlərinin şimal hissələrini, Mərkəzi Asiyanın Fərqanə, Zərəfşan vadilərini, Amu-Dərya və Sır-Dərya çay hövzələrini, Aral dənizi ətrafı, Qıpçaq çöllərinin ucsuz-bucaqsız yovşanlı düzəngahları....Sak tayfa-qəbilə İttifaqı dövlətini ifadə etmiş, Qazaxların, Qırğızların, Özbəklərin, Uyğurların...etnogenezisində əsas rol oynamış Sakların (Ər Sakların, hayların dil-boğaza sığmadan, həyasızcasına işlətdikləri “Artsak/Artsax” sözünün etimoloji mənasınaı doğurmuş) kökənli yurdlarına aiddir.
Məhz e.ə. I minillikdə Böyük İpək Yolunun bu ərazilərdən salınmasının bir səbəbi də Karvan yollarının təhlükəsizliyinin Türkdilli tayfa-qəbilə birlikləri tərəfindən təmin edilməsi, o cümlədən, Sak cəngavərlərinin yürütdüyü düzgün siyasət olmuşdur.
Bu sahədə Zərrintac Xatunun da payı az olmayıb...
R.S. Qədim Sak/Saxa dilində “zərnə”, “zər”, “zərrin” sözləri “qızıl”, “qızıl hissəcikləri” mənasındadır, müasir rus dilində “zerno“ kəlməsi qızıl dənələrinə bənzər kimi başa düşülür və bu cür də adlanıb. Dilimizdə işlədilən Zərrintac “qızılı günəş hissəcikləri” kimi anlamdadır.
R.S.S. Şahzadə Zərrintacın həyatı, siyasi-hərbi dövlət quruculuğu, milli-mədəni irsin mühafizəsi sahəsində uğurlarına dair rus yazıçısı K.M.Moiseyeva “Zərrintacın qılıncı” povestini (86 səhifə) Moskva şəhərində kitab halında 1965-ci ildə çap etdirmişdir.