Böyük Britaniya hökuməti Ukraynaya nüvə silahı vermək planları ilə bağlı iddiaları təkzib edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Sky News” telekanalının məlumatında bildirilib. Baş nazir Kir Starmerin sözçüsü bu iddialarla bağlı bildirib ki, bunun heç bir həqiqəti yoxdur.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan etmişdi ki, Böyük Britaniya və Fransa Ukraynanı nüvə silahı ilə təmin etməyi nəzərdən keçirir.
İddiaya görə, Qərb elitaları məğlubiyyəti qəbul etmək istəmir və Kiyevin nüvə və ya “çirkli” silaha sahib olmasının danışıqlarda ona üstünlük verə biləcəyini düşünür. /Globalinfo.az/