Peskov: Trampdan müsbət siqnallar alırıq, lakin...


Moskva Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın yeni seçilmiş prezidenti Trampın mövqeyində müsbət siqnallar görür.

Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Tramp qarşıdurmadan yox, sülhdən danışır:

"Siqnallar müsbətdir. Tramp seçki kampaniyası zamanı hər şeyin həllini razılaşma vasitəsilə gördüyündən, sülhə gətirib çıxara biləcək bir sövdələşmə edə biləcəyindən danışıb".

O qeyd edib ki, Trampın seçki kampaniyası zamanı verdiyi bəyanatlara nə dərəcədə əməl edəcəyini proqnozlaşdırmaq çətindir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ