Bu şəxslər Rusiya vətəndaşlığını itirəcəklər


Bu il noyabrın 23-dən Rusiya vətəndaşlığına qəbul edilmiş şəxslər vətəndaşlıq andı içmək prosedurundan keçməsələr, pasportlarını itirə bilərlər.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“23 noyabr 2024-cü il tarixindən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar etibarsız olacaq”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu tələb vətəndaşlıq andı içmək öhdəliyi tətbiq olunana qədər (1 sentyabr 2017-ci il) və ya Rusiya vətəndaşlığına qəbul olunduğu tarixdən vətəndaşlıq qəbul etməkdən azad edilmiş şəxslərə şamil edilmir. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ